• 4 °C Bakı
  • -4 °C Quba
  • 5 °C Gəncə
  • 1 °C Yevlax
  • -3 °C Naxçıvan

Çempionlar Liqasında yeni topdan istifadə ediləcək - FOTO

20.01.2019 18:00
201
Çempionlar Liqasında yeni topdan istifadə ediləcək - FOTO

UEFA Çempionlar Liqasında pley-off mərhələsindən etibarən istifadə ediləcək rəsmi topu təqdim edib.


Ekspress.az qurumun saytına istinadla xəbər verir ki, top “Adidas” şirkəti tərəfindən hazırlanıb.


Səkkizdəbir finalda “Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə), “Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya), “Mançester Yunayted” (İngiltərə) – “Paris Sen-Jermen” (Fransa), “Tottenhem” (İngiltərə) – “Borussiya Dortmunt” (Almaniya), “Lion” (Fransa) – “Barselona” (İspaniya), “Roma” (İtaliya) – “Portu” (Portuqaliya), “Ayaks” (Hollandiya) – “Real Madrid” (İspaniya) və “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) görüşləri olacaq.


Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq.

  • SON XƏBƏR
  • TREND