Azərbaycan Tokio olimpiadasına ilk lisenziyanı qazandı


22.05.2019 10:37
67
Azərbaycan Tokio olimpiadasına ilk lisenziyanı qazandı

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 


Ekspress.az -ın məlumatına görə, bu uğura atlet Anna Skidan imza atıb. 


Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən "World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi. (Ona.az). 


Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND