AFFA-nın Növbəti Hesabat Konfransı keçirilib


04.03.2019 10:42
327
AFFA-nın Növbəti Hesabat Konfransı keçirilib

"Hilton" otelində AFFA-nın Növbəti Hesabat Konfransı başlayıb.


Ekspress.az -ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, futbol ictimaiyyətinin nümayəndələri, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, "Bakı-2019: Ulduzlar finalı" ilə əlaqədar paytaxtda səfərdə olan ötənlərin məşhur futbolçuları və digər şəxslər iştirak edirlər.


Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:


- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər


Ekspress.az

Açar sözlər: