Dördqat dünya çempionu: "Bakıda sanki sapı iynə dəliyindən keçirməlisən"


23.04.2019 15:24
200
Dördqat dünya çempionu: "Bakıda sanki sapı iynə dəliyindən keçirməlisən"

“Köhnə şəhərin divarları boyunca sərt yoxuşda yolun eni cəmi 7 metrdir. Sanki sapı iynə dəliyindən keçirməlisən”.


Ekspress.az xəbər verir ki, bunu “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi ərəfəsində İtaliya “Ferrari”sinin pilotu Sebastyan Fettel komandanın rəsmi saytına açıqlamasında deyib. 32 yaşlı almaniyalı dördqat dünya çempionunun sözlərinə görə, İçərişəhərin qala divarları boyunca yerləşən 8-ci döngəyə iki maşın sığmaz: “Ona görə də kimin birinci keçəcəyi ilə bağlı nə cürsə razılaşmalı olursan. 6 km-lik Bakı trasında 2,2 km uzunluğunda birbaşa yol var. Bu, təqvimdə ən uzun məsafədə saatda 360 km sürətlə ötüşürük. Bundan dərhal sonra isə sol tərəfə döngədə əyləci sıxmaq lazım gəlir. Bakıda asta döngələr zamanı qanadların bucaqlarını hesablamaq çətindir. Ancaq tam sürətlə getdiyimiz uzun birbaşa yol var. Bakı trekində düzgün kompromis tapmaq asan deyil”.


Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb (report). Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür. Fettel isə 37 xalla 4-cü sıradadır.


SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND