İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


12.07.2019 22:30
168
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ekspress.az -a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


Bakıda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən, yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.


Ekspress.az