• 15 °C Bakı
  • 13 °C Quba
  • 11 °C Gəncə
  • 12 °C Yevlax
  • 7 °C Naxçıvan

Şok etiraf: “Putin buna görə Gürcüstana hücum etdi”

15.04.2019 13:45
234
Şok etiraf: “Putin buna görə Gürcüstana hücum etdi”

“Əgər 2008-ci ildə biz Gürcüstana üzvlüklə bağlı fəaliyyət planını versəydik, o zaman Rusiya bu ölkəyə hücum etməzdi”.


Ekspress.az xəbər verir ki, bunu Gürcüstanın “Birinci kanal”ına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.


Onun sözlərinə görə, NATO 2008-ci ildə keçirdiyi Buxarest sammitində səhvə yol verdi: “Bu, səhv idi. Mən Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı fəaliyyət planının təqdim edilməsini dəstəkləyirdim, amma təəssüf ki, NATO-nun səfirləri konsensusa nail olmadılar. Bununla biz təhlükəli mesaj göndərmiş olduq. Putin və Medvedyevə göstərdik ki, NATO çox zəifdir. Bunun nəticəsində 2008-ci ildə onlar Gürcüstana hücum etdilər və Abxaziya ilə Cənubi Osetiyanı işğal etdilər. Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi” (axar.az).


Ekspress.az



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND