"Instagram"ın işində nasazlıq yaranıb

22.03.2019 09:15
203
"Instagram"ın işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.


Ekspress.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti bildirib.


"Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir.


Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri şikayət ediblər.


Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.


Qeyd edək ki, bu, martda sosial şəbəkədə yaranan növbəti problemdir. Martın 5-də də bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND