Paytaxt sakinlərinə “Formula 1” XƏBƏRDARLIĞI

05.02.2019 16:51
440
Paytaxt sakinlərinə “Formula 1” XƏBƏRDARLIĞI

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.


Ekspress.az xəbər verir ki, qurumdan verilən məlumata görə, indiki mərhələdə Xaqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur:


“Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xaqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır”.


Qeyd edək ki, Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək.

Açar sözlər: