Bakıda 18 yaşlı gəlin itkin düşüb - FOTO

14.03.2019 21:55
231
Bakıda 18 yaşlı gəlin itkin düşüb - FOTO


Bakıda gənc qadın evdən çıxıb və bir daha geri qayıtmayıb.


Ekspress.az "oxu.az"a istinadla xəbər verir ki, Sabirabad rayonunda qeydiyyatda olan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-i gecə saatlarında Sabunçu rayonu ərazisində itkin düşüb.


Yaxınları bildiriblər ki, qadın gecə saatlarında evdən çıxıb. Hadisə ilə bağlı qadının həyat yoldaşı polisə müraciət edib.


Faktla bağlı araşdırma başladılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND