Avropa Birliyi Kabildə baş verən terror aktına münasibət bildirib

19.08.2019 11:15
80
Avropa Birliyi Kabildə baş verən terror aktına münasibət bildirib

Avropa Birliyi beynəlxalq terrorizmə qarşı mübarizədə Əfqanıstana dəstək vermək niyyətindədir və ölkədə sülhə nail olmaq üçün səylərin mülki şəxslərə hücumlarla sarsılmamasını vacib sayır.


Ekspress.az-ın məlumatına görə, bu barədə Avropa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.


“Əfqanıstanda müharibənin dayandırılması üçün mümkün bir razılaşma ərəfəsində, Kabildə toy mərasiminə edilən hücumda 60-dan çox adam ölüb, 150-dən çox adam yaralanıb”.


Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 180 nəfər xəsarət alıb. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND