SOCAR Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını artıracaq

19.06.2019 22:07
60
SOCAR Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını artıracaq

"SOCAR Petroleum" QSC 2019-cu ilin sonunadək Azərbaycanda “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 31-ə çatdırmağı planlaşdırır. Bu barədə “SOCAR Petroleum”un Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilir.


“Hazırda respublikada “SOCAR” brendi ilə 29 YDM fəaliyyət göstərir. Cari ilin sonunadək biz daha iki YDM istifadəyə verməyi planlaşdırırıq”, - deyə məlumatda bildirilir.


Yanacaqdoldurma məntəqələrindən biri Bakıda, digəri isə Şəkidə açılacaq.


“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb (İnterfaks-Azərbaycan).


Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND