Nazirdən pensiyaçılara ŞAD XƏBƏR


04.10.2019 15:00
60
Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

Oktyabrın sonuna qədər bütün təqüdçülər öz pensiyalarını müvafiq artımla alacaqlar.


Ekspress.az Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.


Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda pensiyanın minimum məbləği 2 dəfə artıb: "İkinci mərhələ oktyabrın 1-dən qüvvəyə minərək məbləğ 200 manata çatdırılıb. Ümumilikdə minimum pensiya artımı bu il 72 faiz artımla səciyyələnib. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə MDB məkanında birinci yerdədir".


S.Babayev qeyd edib ki, son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib: "Əlavə olaraq, əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə təqaüdə çıxan 100 min vətəndaşın pensiyası da sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni ümumilikdə pensiya sahəsində ikinci sosial paketimiz 750 min vətəndaşı əhatə edib. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır".


Nazir bildirib ki, gələn il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir: "Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu, o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyalar bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq".


Nazirdən pensiyaçılara ŞAD XƏBƏR



Ekspress.az

  • SON XƏBƏR
  • TREND