Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi xorvat Yurçeviçdir

11.02.2019 20:31
251
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi xorvat Yurçeviçdir

Fevralın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilən iclasda futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.


Ekspress.az AFFA-ya istinadla xəbər verir ki, xorvatiyalı Nikola Yurçeviç Azərbaycan millisinin başq məşqçisi təyin edilib. Yaxın günlərdə məşqçi ilə müqavilə imzalanacaq.


İclasda, həmçinin müxtəlif yaş kateqoriyaları üzrə milli komandaların da çalışdırıcıları müəyyənləşib.


Belə ki, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15, U-16

yaş qrupları üzrə milli komandaların baş məşqçiləri təyin ediliblər.


Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.



  • SON XƏBƏR
  • TREND