"Paris bəyanatındakı ifadə artıq əleyhimizə işləməyə başlayıb" - politoloq

19.01.2019 16:45
394
"Paris bəyanatındakı ifadə artıq əleyhimizə işləməyə başlayıb" - politoloq

"Görəsən xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarıyla razılaşdırdığı "xalqları sülhə hazırlamalıyıq” bəndində nəyi nəzərdə tutub? Azərbaycan XİN-nin mətbuat katibinin açıqlamasından da nəsə anlamaq çətin idi. Çünki, böyük ehtimalla mətbuat katibi də şefinin niyə belə bəndə imza atdığını dəqiq bilmir".


Ekspress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.


Politoloqun sözlərinə görə, Elmar Məmmədyarov bəlli səbəblərdən ancaq rus agentliklərinə müsahibə verir.


"Ona görə yaxın müddətdə onun bu məsələyə aydınlıq gətirəcəyini gözləmirəm. Ancaq Paris bəyanatındakı həmin ifadə artıq əleyhimizə işləməyə başlayıb. Məsələn bəyanatdan dərhal sonra BMT baş katibi xüsusi açıqlama verərək Azərbaycan və Ermənistan nazirlərinin “xalqları sülhə çağırışını” yüksək qiymətləndirib. İndi gəl BMT baş katibini inandır ki, söhbət Azərbaycan torpaqlarının azad olunmasından sonrakı “sülhdən” gedir. Paris bəyanatına istinad edən xarici dairələrə görə işğal qala-qala da “xalqları sülhə hazırlamaq” olar", - deyə Şahinoğlu bildirib.


Ekspress.az