Suriya erməniləri Azərbaycan ərazilərinə köçürülür - AÇIQLAMA

25.02.2019 17:14
252
Suriya erməniləri Azərbaycan ərazilərinə köçürülür - AÇIQLAMA


Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür.


Ekspress.az xəbər verir ki, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatı mərasimində bildirib. 


Onun sözlərinə görə, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirir:


“Onlar Suriyadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürürlər. Onlar beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq, erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər”.


“Beynəlxalq qanunlara əsasən, insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir”, - deyə PA rəsmisi qeyd edib.

Açar sözlər: