• 7 °C Bakı
  • -3 °C Quba
  • 5 °C Gəncə
  • 4 °C Yevlax
  • 1 °C Naxçıvan

"El Klassiko"da "Barselona" qalib gəldi - FOTO

28.02.2019 01:55
114
"El Klassiko"da "Barselona" qalib gəldi - FOTO

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Real Madrid" və "Barselona" komandaları arasında cavab görüşü keçirilib.


Ekspress.az xəbər verir ki, bu "El Klassiko"nun qalibi Kataloniya klubu olub.


Oyunda hesab ikinci hissədə açılıb. 50-ci dəqiqədə "Barsa"nın uruqvaylı hücumçusu Luis Suarez komandasının ilk qolunu vurub. 69-cu dəqiqədə "Real"ın oyunçusu Rafael Varan avtoqola imza atıb. Matçın 73-cü dəqiqəsində Luis Suarez penaltidən komandasının 3-cü, özünün isə 2-ci qolunu vurub. Bu, oyunda vurulan son qol olub.


Beləliklə, "Real Madrid" öz meydanında 0-3 hesabı ilə "Barselona"ya məğlub olaraq Kubokla vidalaşıb.


"Barselona" isə bu qələbə nəticəsində adını Kral Kubokunun finalına yazdırıb.


Qeyd edək ki, bu komandalar arasında ilk görüş 1-1 hesabı ilə yekunlaşmışdı.


Kataloniya klubunun finaldakı rəqibi isə sabah keçiriləcək "Valensiya" - "Betis" qarşılaşmasının nəticəsində məlum olacaq.


AQİL

  • SON XƏBƏR
  • TREND