• 20 °C Bakı
  • 19 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 15 °C Naxçıvan

Gəncəçay çayı üzərindəki körpülər bərpa ediləcək, Prezident pul ayırdı

16.05.2019 16:48
34
Gəncəçay çayı üzərindəki körpülər bərpa ediləcək, Prezident pul ayırdı

Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında 

Azərbaycan Prezidenti Sərəncam imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda qeyd edilir:


"Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılsın".


Ekspress.az


  • SON XƏBƏR
  • TREND