Har­dan və ne­cə gə­lir?

24.12.2018 19:27
400
Har­dan və ne­cə gə­lir?

Bu il "zır­pa­ket" sa­tı­şı­na əv­vəl­ki il­lər­dən da­ha tez baş­la­nıl­dı. Göm­rük Ko­mi­tə­si bir tə­rəf­dən sax­la­yır, o bi­ri tə­rəf­dən po­lis əmək­daş­la­rı reyd ke­çi­rib sa­tı­şın qar­şı­sı­nı alır, am­ma ye­nə də part­la­yı­cı pi­ro­tex­ni­ki va­si­tə­lər ba­zar­la­rı ba­şı­na gö­tü­rüb...


İn­san­la­rın sağ­lam­lı­ğı­na zə­rər ye­ti­rən, ic­ti­mai asa­yi­şin po­zul­ma­sı­na sə­bəb olan və əha­li­nin is­ti­ra­hə­ti­nə ma­neə ya­ra­dan part­la­yı­cı və te­za­lı­şan mad­də­lər, pi­ro­tex­ni­ki mə­mu­lat­la­rın sa­tı­şı, is­ti­fa­də­si­nin qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər da­vam et­di­ri­lir. Elə gün ol­mur ki, Göm­rük Ko­mi­tə­si han­sı­sa göm­rük pos­tun­da öl­kə­yə qa­nun­suz yol­la pi­ro­tex­ni­ki va­si­tə­lər ke­çir­mə­yə cəhd edən­lə­ri sax­la­ma­sın. Elə gün ol­mur ki, po­lis əmək­daş­la­rı ti­ca­rət mər­kəz­lə­rin­də xey­li say­da part­la­yı­cı pi­ro­tex­ni­ki va­si­tə­lə­ri ya­ğış­dır­ma­sın. Am­ma sa­tan ye­nə sa­tır, alan ye­nə alır.


Bu il öl­kə­yə part­la­yı­cı pi­ro­tex­ni­ki va­si­tə­lə­rin gə­ti­ril­mə­si­nə hə­lə ok­tyabr­dan baş­la­nıb. Bu yo­lun yol­çu­la­rı day han­sı yol qal­mır ki, öl­kə­yə qa­nun­suz pi­ro­tex­ni­ki va­si­tə­lə­ri ke­çi­rə bil­sin­lər. Bi­ri av­to­mo­bi­lin sa­lo­nun­da otu­ra­ca­ğın söy­kə­nə­cə­yi­nin ar­xa­sın­da və dörd qa­pı­sı­nın aşa­ğı his­sə­sin­də xü­su­si ha­zır­lan­mış giz­li sax­lanc yer­lə­rin­də giz­lə­dir "zır­pa­ket"lə­ri. O bi­ri pi­ro­tex­ni­ki va­si­tə­lə­ri ma­şı­nın ön bu­fe­ri­ni­nin al­tın­da, qa­baq sol qa­pı­sı­nın və yük ye­rin­də olan eh­ti­yat tə­kə­rin içə­ri­sin­də ke­çir­mək is­tə­yir. Bu­nun­la be­lə, part­la­yı­cı va­si­tə­lər han­sı­sa yol­la ba­zar­la­ra ye­nə də yol ta­pır.


Bu bi­ri tə­rəf­dən də, po­lis əmək­daş­la­rı "Sə­də­rək" ti­ca­rət mər­kə­zin­də­ki ma­ğa­za­lar­dan be­lə va­si­tə­lə­ri yı­ğış­dı­rır­lar. Di gəl, elə bil "zır­pa­ket"lər ba­la­la­yır, bur­dan yı­ğış­dı­rı­lır, o bi­ri yan­dan ye­nə sa­tı­lır.

İnan­ma­yan yo­lu­nu "Sə­də­rək" ti­ca­rət mər­kə­zin­dən sal­sın. Ti­ca­rət mər­kə­zi­nin "Şir­niy­yat" ad­lan­dı­rı­lan böl­mə­sin­də ya­lan ol­ma­sın, hər iki dü­kan­dan bi­rin­də part­la­yı­cı pi­ro­tex­ni­ki va­si­tə­lər sa­tı­lır. Özü də açıq sa­tış­dır.


İki gün əv­vəl adı­çə­ki­lən ti­ca­rət mər­kə­zin­də alı­cıy­la sa­tı­cı ara­sın­da dia­lo­qun şa­hi­di ol­dum. Alı­cı pi­ro­tex­ni­ki va­si­tə­nin ba­ha sa­tıl­ma­sın­dan şi­ka­yət­lə­nir:


- Nə­di axı, bu. İki-üç də­fə zırt-part edir, 10 ma­nat?

- Ay xa­la, sən bil­sən ki, biz bu­nu ne­cə qor­xa-qor­xa sa­tı­rıq, val­lah, ya­zı­ğın gə­lər bi­zə.

- Qor­xan adam da açıq­da sa­tar bu­nu?

- De­yir­si­niz də, içi­miz özü­mü­zü yan­dı­rır, çö­lü­müz öz­gə­ni. Ona ver, bu­na ver. Al­la­ha and ol­sun, al­dım qoz, sat­dım qoz­du bi­zim­ki.


Am­ma sa­tı­cı kim(­lər­)ə nə ver­di­yi­ni de­mə­di ki, de­mə­di.


Tək­cə 3-4 gü­nün mə­lu­ma­tı­na əsa­sən 200 min­dən çox pi­ro­tex­ni­ki va­si­tə­lər aş­kar­la­nıb.


Bay­ra­ma bir həf­tə­dən də az vaxt qa­lır. "Zır­pa­ket" al­ver­çi­lə­ri­nin ba­za­rı hə­lə qa­baq­da­dır..