Səudiyyə Ərəbistanı naziri: "Azərbaycan OPEC+ razılaşmasının ən fəal üzvlərindəndir"

17.03.2019 12:36
76
Səudiyyə Ərəbistanı naziri: "Azərbaycan OPEC+ razılaşmasının ən fəal üzvlərindəndir"

"Azərbaycan OPEC+ razılaşması əldə olunandan ən fəal üzvlərdəndir".


Ekspress.az xəbər verir ki, bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl-Falihi bildirib.

O qeyd edib ki, Azərbaycan qlobal bazarın sabitliyi üçün yaradılan OPEC+ çərçivəsində öz tərəfindən işlər görüb.


Nazir, Bakıda Müştərək Texniki Komissiyanın (JTC) 27-ci iclası, həmçinin OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yüksək təşkilinə görə təşəkkür edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND