Avtomobil benzini istehsalı 4,6 faiz azalıb

16.03.2019 10:48
67
Avtomobil benzini istehsalı 4,6 faiz azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 461,1 milyon manat dəyərində neft məhsulları istehsal edilib.


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur.


Bu il 199,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu məhsulunun istehsalında 4,6% azalma qeydə alınıb. Martın 1-i tarixinə ölkədə 78,4 min ton həcmində avtomobil benzini ehtiyatı olub.


Bu ilin iki ayı ərzində 339,4 min ton dizel yanacağı, 53,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft istehsal edilib. Dizel yanacağının istehsalı 3,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 43,6%, ağ neft istehsalı 16,7% artıb.


Hesabat dövründə 9,7 min ton yanacaq mazutu, 2,4 min ton sürtkü yağları, 24,3 min ton neft bitumu, 40 min ton neft koksu istehsal edilib ki, yanacaq mazutunun istehsalında 21,8%, sürtkü yağlarının istehsalında 4%, neft bitumunun istehsalında 33,2%, neft koksunun istehsalında 1,2% azalma qeydə alınıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND