Marneulidə seçkilərlə bağlı şikayətlərin sayı 20-yə çatıb


19.05.2019 20:46
46
Marneulidə seçkilərlə bağlı şikayətlərin sayı 20-yə çatıb

Marneulidə seçkilərlə bağlı şikayətlərin sayı 20- yə çatıb.


Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.


Onun sözlərinə görə, dairə seçki komissiyalarına saat 17:00-a olan məlumata əsasən, ümumilikdə, 68 şikayət daxil olub: "Şikayətlərin 30-u Zuqdidi, 11-i Xulo, 5-i Zestafoni, 1-i Ozurgeti, digər 1-i isə Tbilisinin payına düşüb" (report).


MSK rəsmisi qeyd edib ki, Marneuli rayonundan daxil olan şikayətlərin bəziləri təsdiqini tapmayıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND