Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO (YENİLƏNİB)

21.09.2019 22:30
989
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO (YENİLƏNİB)

300 min ABŞ dolları borca görə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun dəbdəbəli villası üzə çıxıb.


Ekspress.az Yenisabah.az - a istinadən xəbər verir ki, dəyəri milyonlarla manat olan villa keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində “Milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir. Villanın fotoları da redaksiyamıza göndərilib.


Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. O deputat olsa da, adı seçici siyahısında yoxdur. Hər halda Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə yerləşdirilən seçici siyahısında Rafael Cəbrayılovun adı qeyd edilməyib.




Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND