Nazirlik səs yazısı yayılan direktora töhmət verəcək?

08.04.2019 15:14
482
Nazirlik səs yazısı yayılan direktora töhmət verəcək?

Şagirdin intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı yayılıb.


Ekspress.az xəbər verir ki, səs yazısında məktəb direktoru faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib. 


Modern.az saytı məktəb direktorunun bu hərəkətlərinə necə qiymət veriləcəyini dədqiləşdirmək üçün Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışıb.


Nazirlikdən saytımıza bildirilib ki, məsələlərlə bağlı istintaq gedir.


“Hazırda 162 nömrəli məktəbdə baş verənlərlə bağlı istintaq gedir. İstintaq tədbirləri hər şeyi aydınlaşdıracaq”


Qeyd edək ki, səs yazısında direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib. Xəbəri ilk olaraq Movqe.az saytı yayıb.


Ekspress.az