Baş nazirin müavini anons verdi: Pensiya və maaşlar artırılacaq - VİDEO


04.05.2019 18:30
603
Baş nazirin müavini anons verdi: Pensiya və maaşlar artırılacaq - VİDEO

Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır.


Ekspress.az xəbər verir ki, Baş nazirin müavini, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına müsahibəsində deyib.


2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq:


"İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır (butamedia). Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir".



Ekspress.az