Əcnəbi vətəndaş metroda gənc qıza təcavüz etdi - FOTO

12.07.2019 14:27
156
Əcnəbi vətəndaş metroda gənc qıza təcavüz etdi - FOTO

Metrodan düşən qız təcavüzə məruz qalıb.


Belə ki, Türkiyənin İstanbul şəhərində axşam saatlarında evinə getmək üçün metroya minən B.K. adlı gənc qız düşdükdən sonra bir nəfərin onun çiyninə toxunduğunu hiss edib.


Ekspress.az xəbər verir ki, həmin şəxs 25 yaşlı Türkmənistan vətəndaşı Jeyhun E. olub. Gənc qız ona xəbərdarlıq edib. Lakin Jeyhun E. buna məhəl qoymadan qıza toxunmağa davam edib.


Vəziyyət belə olduqda qız qışqırmağa başlayıb. B.K. dayanacaqdakı mühafizəçiyə yaxınlaşaraq həmin şəxsdən təcavüzkar hərəkətlərinə görə şikayətçi olduğunu bildirib. Qızın şikayətindən sonra polisə xəbər verilib və şübhəli şəxs həkim yoxlanışından keçdikdən sonra saxlanılıb (unikal.org).


Ekspress.az