"10 milyon insanı öldürmək istəmirəm" - Tramp


23.07.2019 11:44
78
"10 milyon insanı öldürmək istəmirəm" - Tramp

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xan ilə görüşü zamanı mətbuat nümayəndələrinə Əfqanıstandakı son vəziyyətlə bağlı açıqlamalar verib.

 

Ekspress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Əfqanıstanda müharibə aparmırıq, orada polis kimiyik. Polis olmaq istəmirik. Əgər Əfqanıstanda müharibə aparmaq istəsək bu müharibəni bir həftə ərzində qazana bilərdik. Əfqanıstan o halda yer üzündən silinərdi. Amma 10 milyon insanı öldürmək istəmirəm. Belə bir müharibə 10 gündə bitərdi, ancaq bu yolu seçmək istəmirəm. Əfqanıstanla bağlı, müharibəni udmaqla bağlı planlarım var. Pakistan bizə bu məsələdə yardım edəcək. 19 ildir bu ölkədəyik, bu həqiqətən gülməli bir vəziyyətdir" deyib.

 

Tramp, Pakistanın da köməyilə Əfqanıstanda uzun illərdir davam edən müharibə vəziyyətinə son qoyacaqlarına ümid etdiklərini dilə gətirib.

 

Talibanla danışıqlardan nəticə çıxacağına ümid etdiklərini və Pakistanın bu prosesdə ABŞ-a yardım edəcəyini qeyd edən Tramp, "Pakistan bu məsələdə çox şey edəcək, buna inanıram. Milyonlarla insanın həyatını xilas edəcək" (marja).



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND