İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

17.09.2019 22:03
73
İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.


Ekspress.az "Report" -a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.


Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND