Ramil Usubov kollektivlə sağollaşıb - Yeni nazir təqdim edildi

21.06.2019 11:25
153
Ramil Usubov kollektivlə sağollaşıb - Yeni nazir təqdim edildi

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.


Ekspress.az xəbər verir ki, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.


Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib (unikal.org). Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND