Zelenskinin andiçməsində MÜBAHİSƏ

20.05.2019 15:37
78
Zelenskinin andiçməsində MÜBAHİSƏ

Ukrayna Prezidenti Vladimir Zelenski inauqurasiya mərasimindən sonra xalqa müraciət edib.


Ekspress.az xəbər verir ki, Zelenskinin çıxışı “112 Ukraina” telekanalı tərəfindən canlı yayımlanıb.


Dünyada 65 milyona yaxın ukraynalının yaşadığını bildirən Zelenski yeni Ukrayna naminə çalışmaq istəyən hər kəsə vətəndaşlıq verməyə hazır olduğunu qeyd edib:


“Mən planetdəki bütün ukraynalılara müraciət edirəm: Siz bizə lazımsınız. Siz Ukraynaya qonaq kimi deyil, evinizə gəlməlisiniz. Ukrayna pasportda deyil, ürəkdədir”, - Zelenski bildirib.

Yeni prezident həmçinin prezidentlik dövründə qarşısında dayanan məsələlər barədə də danışıb. O, Donbasda atəşkəsə nail olmağın qarşısında dayanan ilk tapşırıq olduğunu açıqlayıb.


Qeyd edək ki, Zelenski bu gün Ali Radada Ukrayna Konstitusiyasına və İncilə and içərək, prezident səlahiyyətlərinin icrasına başlayıb. Zelenskinin inauqurasiya mərasimidə Azərbaycanı spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


***

Ukrayna Prezidenti Vladimir Zelenskinin inauqurasiyasında mübahisə yaşanıb.


Mübahisənin əsas səbəbkarı Radikal Partiyasının sədri Oleq Lyaşko olub. Mübahisə Donbasdakı situasiyadan bəhs edən zaman Zelenskinin ukraynca yox, rusca danışması ucbatından yaranıb (axar.az). Zelenski müraciəti zamanı Kiyevin Krım və Donbasın əhalisini itirdiyini və onları geri qaytarmaq üçün heç bir şey etmədiyini bildirib.


Bundan sonra Lyaşko prezidentin çıxışını kəsərək, deputatların ukraynca başa düşdüyünü deyib. Buna cavab olaraq isə Zelenski deputatların hər iki dildə anladığını bildirib və Lyaşkoya insanları dil və pasportuna görə bölməyə davam etdiyi üçün təşəkkür edib:

“Ukraynalı pasportda qrafa deyil, bu, ürəkdə ukraynalı olmaq deməkdir”.



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND