Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb


13.08.2019 20:27
107
Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Bakıda bədbəxt hadisə baş verib. 


Ekspress.az -ın məlumatına görə, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.


4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND