“İnstagram”a yeni rəhbər təyin edildi

02.10.2018 07:47
167
“İnstagram”a yeni rəhbər təyin edildi

“Facebook” sahibi olduğu “Instagram” şirkətinə yeni baş direktor təyin edib. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Adam Mosseri təyin olunub.

 

A.Mosseri bunadək “Instagram” üzərində işə görə məsuliyyət daşıyan bölmələrdən birinin rəhbəri olub. O, təxminən 10 il “Facebook”da işləyib, sosial şəbəkədə dizayner kimi işləməyə başlayıb, sonra isə “Facebook”un xəbər lentinə cavabdeh olub.

 

Xatırladaq ki, “Instagram”ın həmtəsisçiləri Kevin Sistrom və Mayk Kriger martın sonunda vəzifələrindən istefa veriblər. K. Sistrom baş direktor, M. Kriger isə baş texniki direktor vəzifəsini tutub. Onlar 2010-cu ildən servis üzərində işləyiblər və istefaya getmə səbəblərini açıqlamayıblar.

 

“Instagram” servisi fotoşəkil və videoçarxların yerləşdirilməsi üçün nəzərdə tutulub və 2010-cu ilin oktyabrında istifadəyə verilib. Əvvəlcə “Apple” şirkətinin mobil qurğuları üçün hazırlanıb. 2012-ci ilin aprelində isə servis “Android” platforması istifadəçiləri üçün əlçatan olub. Həmin il “Facebook” “Instagram” şirkətini 1 milyard dollara alıb.

  • SON XƏBƏR
  • TREND