Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO

12.06.2019 16:50
42
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.





Ekspress.az

  • SON XƏBƏR
  • TREND