Donald Trampla Kim Çenin YENİ GÖRÜŞÜ gözlənilir

02.07.2019 09:01
175
Donald Trampla Kim Çenin YENİ GÖRÜŞÜ gözlənilir

ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə KXDR lideri Kim Çen Inla yeni görüşü gözləyir.


Ekspress.az xəbər verir ki, bu haqda o, özünün “Twitter”dəki səhifəsində yazıb.


“Bizim (hərbsizləşdirilmiş zonada -red) görüşümüz çox gözəl oldu. O, çox yaxşı görünürdü və yaxşı formada idi. Tezliklə onu yenidən görə biləcəyimi gözləyirəm”, - deyə Tramp bildirib.


Donald Tramp və Kim Çen In iki Koreya dövlətini ayıran hərbi demarkasiya xəttində, Pxanmuncom sərhəd məntəqəsində görüşərək danışıqlar aparıblar. Görüşə Trampla yanaşı, Cənubi Koreya prezidenti Mun Çje İn də qatlıb. 


Ekspress.az

Açar sözlər: