Millət vəkilinin oğlu faciəvi şəkildə öldü - FOTO

17.10.2019 16:07
94
Millət vəkilinin oğlu faciəvi şəkildə öldü - FOTO

Türkiyədəki Ankara qalasında Türkiyə bayrağının olduğu divarlardan iki nəfərin yıxılması ilə bağlı polisə məlumat verilib.


Ekspress.az -ın məlumatına görə, əraziyə çoxsaylı polis əməkdaşı cəlb edilib. Eyni zamanda təcili yardım və yanğındanmühafizə briqadaları əraziyə gəlib.


Polis əməkdaşları qala divarlarının 70 metr aşağısında qayalar üzərində iki gəncin hərəkətsiz bədənini görüblər. Qaladan aşağı enən təcili yardım briqadası gənclərdən birinin ağır yaralı, digərinin isə artıq keçindiyini görüblər. Onları dərhal xəstəxanaya çatdırıblar. Məlum olub ki, ölən gənc Milliyətçi Hərəkat Partiyasının sədr müavini Semih Yalçının oğludur.


Millət vəkilinin oğlu faciəvi şəkildə öldü - FOTO

(sonxeber)


Ekspress.az