Türkiyədə bomba yüklü maşınla terror törətmək istəyənlərin qarşısı alındı

11.02.2019 15:09
77
Türkiyədə bomba yüklü maşınla terror törətmək istəyənlərin qarşısı alındı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə terror aktı həyata keçirməyə hazırlaşanların yaxalandığını bəyan edib.


Ekspress.az xəbər verir ki, nazirin sözlərinə görə, bomba yüklü maşınla terror törətmək istəyənlər xaricdən idarə olunurlarmış.


"Bir həftə əvvəl bomba yüklü bir maşınla Türkiyəyə tələ qurmağa çalışanları Türkiyə içərisində yaxaladıq. Sərhədin xaricində də onlara kim göstəriş veribsə, polis qüvvələrimiz onları da yaxaladı", - deyə S.Soylu bildirib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND