Deputatlarımız Avstraliyaya səfərə gedir


15.02.2019 09:31
365
Deputatlarımız Avstraliyaya səfərə gedir

Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.


Milli Məclis Aparatından Ekspress.az -a verilən məlumatına görə, deputatlarımız bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.


Qeyd edək ki, səfər fevralın 27-də başa çatacaq.


Ekspress.az