Vəzifəli şəxs intihar edib

15.08.2019 09:20
43
Vəzifəli şəxs intihar edib

Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru intihar edib.


Ekspress.az -ın məlumatına görə, hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.


1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.


Qeyd edək ki, 39 yaşlı Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyirdi.


Faktla bağlı araşdırma aparılır. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND