Mobil telefonlar nədən düzəldilib? - Mendeleyev cədvəlinin yarısı

10.07.2019 19:50
55
Mobil telefonlar nədən düzəldilib? - Mendeleyev cədvəlinin yarısı

Əgər ən son model smartfonları bir araya yığsaq onlardan 85 ton qızıl, 875 ton gümüş və 40 min ton mis çıxartmaq mümkündür.


Ekspress.az xəbər verir ki, müasir telefonlarda 70-ə yaxın kimyəvi element mövcuddur, bu da Mendeleyev cədvəlinin yarısı deməkdir.


“Bu elementlər telefonlarımıza necə düşür və onları oradan necə çıxarmaq olar” suallarına cavabı “TED Ed” online-leksiyalar portalının müəllimi Kim Preşoff verir.  

 

Yuxarıda adı çəkilən maddələrin təbiətdə nadir olduqlarını nəzərə alsaq, köhnə smartfonların kütləvi təkrar emalı məntiqli görünür. Lakin Preşoff bildirir ki, elektron cihazlarının emalı ekologiyaya ziyan vura bilər və sosial problemlərə gətirib çıxarar (oxu.az).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND