"Formula 1"də ikinci gün - AFİŞA


27.04.2019 09:10
256
"Formula 1"də ikinci gün  - AFİŞA

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci günü bir sıra hadisələrlə zəngin olacaq.


Ekspress.az xəbər verir ki, bu gün “Formula 1”də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Həmçinin “Racing Point”, “Alfa Romeo” və “Mercedes” komandalarının pilotlarının avtoqraf sessiyası, eləcə də “Formula 2”də birinci yarış olacaq.


Reqlamentə əsasən, cümə günü iki 90 dəqiqəlik sərbəst yürüş olur. Şənbə günü bir 60 dəqiqəlik sərbəst yürüş və sırala turu, yəni 3 bölümdən ibarət təsnifat mərhələsi keçirilir. Birincidə pilotlara bir dövrəni ən qısa bir zamanda qət etmək üçün 18 dəqiqə vaxt verilir. Raundun sonunda ən zəif göstəriciyə malik 5 maşın kənarlaşdırılır və onlar yarışa son 5 yerdən başlayırlar (report). İkinci mərhələdə qalan sürücülərə 15 dəqiqə vaxt verilir və bu dəfə yenə ən zəif gəstəriciyə imza atan “beşlik” kənarlaşdırılır. Son mərhələdə qalan 10 pilot 12 dəqiqə ərzində halqanı dövrə edərək, start yerlərini müəyyənləşdirirlər.


27 aprel


10:20 - 10:50. “Formula 2”. Pilotların paradı

11:20 - 11:40. Avtoqraf sessiyası: Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 13:05. “Formula 2”. Birinci yarış

12:00 - 12:20. Avtoqraf sessiyası: Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40. Avtoqraf sessiyası: Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

14:00-15:00. “Formula 1”. Üçüncü sərbəst yürüş

17:00-18:00. “Formula 1”. Sıralama turu

21:00. Cessi Ceyin konserti


Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND