Böyük Britaniya bu il də Avropa İttifaqında qalacaq

24.05.2019 17:48
133
Böyük Britaniya bu il də Avropa İttifaqında qalacaq

Böyük Britaniya 2019-cu ilin oktyabr ayına qədər Avropa İttifaqından çıxa bilməyəcək.


Avropa Komissiyasının sədri Jan-Claude Juncker-in sözlərinə görə, İngiltərədəki mövcud siyasi böhran ölkənin rəhbərliyinə Avropa İttifaqından çıxma prosesini tamamlamağa imkan verməyəcək. Aİ-nın rəhbəri qeyd edir ki, o, mövcud vəziyyətdən “bezib” və çox güman ki, bu məsələ yenidən təxirə salınacaq:


“Mən bu vəziyyətdən bezdim, biz sadəcə bu məsələnin yenidən təxirə salınması üçün növbəti təklif gözləyirik. Ölkənin baş naziri dəyişilməlidir, Tereza Mey nəticəyə necə nail olacağını çox yaxşı bilsə də, bunu nümayiş etdirə bilmir”.


Jean-Claude Juncker-in sədrliyi 1 noyabr 2019-cu il tarixində başa çatır, rəhbər qeyd edir ki, bu dəfə namizədliyini irəli sürmək fikrində deyil. Buna baxmayaraq, Brexit məsələsinə görə məsuliyyət daşıyan şəxslərdən biri də Juncker olacaq.

Belə ki, 2014-2019-cu il aralığında Aİ və Böyük Britaniya münasibətlərində böhran yaşanıb və Juncker, Böyük Britaniyanın baş naziri olan Tereza Mey kimi bu böhranı aradan qaldıra bilməyib (banker.az).


Nəticədə, bu böhranın həlli məsələsi çox güman ki, Avropa Komissiyasının növbəti prezidentinin boynunda olacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND