Dünya çempionu Bakıya gələ bilməyəcək


27.05.2019 09:58
262
Dünya çempionu Bakıya gələ bilməyəcək

İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"la keçirəcəyi Avropa Liqasının final matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.


Ekspress.az xəbər verir ki, yarımmüdafiəçi N Qolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada "zadəganlar"a kömək edə bilməyəcək.


Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq (report).


Ekspress.az

Açar sözlər: