Salyanda 10 min hektardan çox yazlıq bitkilər əkilib

24.05.2019 18:56
65
Salyanda 10 min hektardan çox yazlıq bitkilər əkilib

Salyanda cari ilin məhsulu üçün yazlıq bitkilər əkini davam edir. İşə mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri indiyədək 10 min 656 hektar sahədə yazlıq bitkilər əkiblər.


Rayon statistika idarəsindən bildiriblər ki, əkin aparılmış sahələrin 3 min 602 hektarını yonca, 396 hektarını kartof, 979,3 hektarını tərəvəz, 583 hektarın bostan, 297 hektarını qarğıdalı və 12 hektarını günəbaxan bitkisi təşkil edir.


Həmçinin rayonda 4 min 788 hektar sahədə pambıq əkilib və 2 min 153 nəfər bu sahədə mövsümü iş ilə təmin olunub.


Bu dövrdə rayonda faraş tərəvəz istehsalının artırılması və ixracı istiqamətində də müəyyən tədbirlər həyata keçirilib, Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı yaşayış məntəqələrində fəaliyyət göstərən istixanalarda yetişdirilmiş 145 tondan çox tərəvəz (xiyar-pomidor) yerli və xarici bazarlara göndərilib (Azərtac).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND