"Qarabağ" məğlub oldu

14.12.2018 01:55
337
"Qarabağ" məğlub oldu

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb.

Ekspress.az xəbər verir ki, Londondakı “Emireyts” stadionunda baş tutan görüşün 16-cı dəqiqəsində “Qarabağ” qapısında qol görüb. Aleksandr Lakazet türk futbolçu Məsut Özilin ötürməsini qola çevirib.

Oyunun 1-ci hissəsi ingilislərin 1-0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə tərəflər qapılara yol tapa bilməyiblər.

Beləliklə, “Qarabağ” növbəti məğlubiyyətini alaraq E qrupunu sonuncu pillədə başa vurub.

Açar sözlər: