Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

20.07.2019 09:32
79
Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

Misirin paytaxtı Qahirənin "Cairo International" stadionunda Seneqal və Əlcəzair milli komandaları arasında futbol üzrə Afrika Millətlər Kuboku - 2019-un final matçı keçirilib.


Ekspress.az xəbər verir ki, oyun Əlcəzair yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.


Matçda yeganə qolun müəllifi 2-ci dəqiqədə fərqlənən Bağdad Buneca olub.

Kubokda üçüncü və dördüncü yerləri müvafiq olaraq Nigeriya və Tunis komandaları tutub.


Turnirin ən yaxşı bombardiri 5 qolla Nigeriya yığmasının forvardı Odion İqalo olub.


Afrika Millətlər Kuboku. Final


Seneqal - Əlcəzair - 0:1


Qol: 0:1 – Buneca – 2 (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND