• 17 °C Bakı
  • 16 °C Quba
  • 25 °C Gəncə
  • 17 °C Yevlax
  • 17 °C Naxçıvan

Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi


12.05.2019 11:28
51
Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi

Mənim üçün bombardirlik ikinci planda idi. Sadəcə, bu gün “Neftçi”yə uduzmaq istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki, bu derbidir. Sevinirəm ki, qalib gəlik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı.


Ekspress.az xəbər verir ki, bunu millimizin və “Qarabağ”ın futbolçusu Mahir Mədətov (Emreli) deyib.


O, karyerasında mövsümün gedişatında enişin olmasını ailə problemlərinin olması ilə əlaqələndirib:


“Ailə problemlərim heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş buradadır, ailə buradadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm oradan, həm də buradan oluram. Kapitanımıza və baş məşqçimizə bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.


Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün bir az şok keçirdim. Karyeramda eniş getsəydi, anam və bacım çox pis olardı. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə də onları sevindirim. Çempionluğumu da, bombardirliyimi də onlara həsr edirəm”.


Mahir yeni şəxsiyyət vəsiqəsində atası Anarın adını öz ismi ilə və soyadı Mədətovu Emreli soyadı ilə dəyişdirib. O buna da aydınlıq gətirib: “Sosial şəbəkələrdəki yeni şəxsiyyət vəsiqəmi mən paylaşmamışam. Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda “Mədətov” yox, sadəcə “Mahir” yazılacaq”.


O daha sonra Yunanıstanın AEK klubunun onu istəməsi ilə bağlı danışıb:

“Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, canla-başla gedərəm (Oxu.az). AEK isə məni hələ “Kopenhagen”ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdi. Son olaraq, qışda mənim üçün “Qarabağ”a rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə üç gün qalırdı, “Neftçi” ilə oyuna hazırlaşırdıq. Hələ “Qarabağ”la bir illik müqaviləm var. Ən böyük problem transfer haqqı məsələsidir. AEK fikirləşir ki, Azərbaycan çempionatıdır, xərcə düşmək istəmir. Amma əslində “Qarabağ”ın ardıcıl beş il avrokubokların qrup mərhələsində oynamış bir Avropa klubu kimi transfer haqqı istəməyə tam ixtiyarı var”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND