Müşfiqin abidəsi niyə aşırdıldı? - Video


02.10.2019 15:49
68
Müşfiqin abidəsi niyə aşırdıldı? - Video

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.


Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Report-a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.


O bildirib ki, əvvəlki abidə yararsız halda olub:


“Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.


Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib:


“Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.



Ekspress.az


  • SON XƏBƏR
  • TREND