İllərlə baş ağrıları olan pasiyentə BU ÜSUL KÖMƏK ETDİ

14.05.2019 22:10
151
İllərlə baş ağrıları olan pasiyentə BU ÜSUL KÖMƏK ETDİ

Ağrı mərkəzində daha bir xəstə illərlə əziyyətini çəkdiyi ağrılardan xilas edilib.


Ekspress.az xəbər verir ki, kəskin baş ağrılarından şikayət edən xəstəyə oskipital nevralgiya diaqnozu qoyulub.


Artıq ağrıkəsici və dərmanların təsir etmədiyi ağrıların qarşısını almaq üçün alqoloq Zülfüqar Yusifov xüsusi metodu tətbiq edir.


Ultrasəs altında böyük ənsə sinirində radiotezlikli dalğalarla neyrostimulyasiya proseduru icra edildi (medicina). Ağrısız, narkozsuz, cəmi 15 dəqiqə çəkən prosedurdan sonra xəstə baş ağrılarının azaldığını və itdiyini bildirdi. 


Hazırda xəstə evdədir, müşahidə altındadır, lazım gələrsə prosedur təkrarlanacaq.

Həkim bu kimi problemlərdə artıq köhmə metod və dərman müalicəsinin deyil, dünyada tətbiq olunan yeni alqoloji üsulların effektiv olduğunu bildirdi.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND