Maştağada yırtıcı "əjdaha" peyda oldu - FOTO- bədheybət TUTULUB



09.07.2019 14:53
1041
Maştağada yırtıcı "əjdaha" peyda oldu - FOTO- bədheybət TUTULUB

Maştağa sakini qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutduqlarını iddia edib.


Ekspress.az xəbər verir ki, bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlərin bir neçə gün izləyəndən sonra tutduğu qeyd edilib. İddiaya görə, qeyri-adi heyvanın çəkisi 40-45 kiloqrama qədərdir.


Onun sözlərinə görə, sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar.


Sakinlər bildirib ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb.


Həqiqət isə ondan ibarətdir ki, şəkli paylaşılan bu heyvan Azərbaycan təbiətinə xas deyil. Belə ki, ilk dəfə bu heyvanın fotosu 29 iyul 2018-ci ildə yayılıb. Lvov şəhər sakini olan Vasili Barabanenko ilk dəfə görülən bu heyvanın fotosunu paylaşaraq, elm adamlarından onun haqda məlumat istəyib.


Latınca “Hypsignathus monstrosus” (Baltabaş yarasa) adlanan bu yarasa 20-ci əsrin sonlarında Afrika cəngəlliklərində görünüb. Fərziyələrə görə, normal yarasalardan biri mutasiya nəticəsində bu vəziyyətə düşüb.


Amerikadakı əfsanəvi Nyu Cersi bədheybətinin eynisidir.


Əslində, yarasa göründüyündən daha kiçikdir. Araşdırma əsasında müəyyən edilib ki, foto yarasanı normal ölçüsündən qat-qat böyük göstərən rakursdan çəkilib (axar.az).


Ekspress.az