Mal-qara arasında kütləvi tələfat baş verib - SƏBƏB - FOTO


09.05.2019 18:10
194
Mal-qara arasında kütləvi tələfat baş verib - SƏBƏB - FOTO

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində mal-qara arasında kütləvi tələfat baş verib.


Ekspress.az xəbər verir ki, kənd sakini İlqar Qaxacova məxsus 100-ə yaxın iribuynuzlu mal-qara bu gün zəhərlənərək ölüb.


İ.Qaxacovun bildirdiyinə görə, heyvanları müalicə etmək məqsədi ilə bu gün onları dərmanla yuyub. Bundan bir neçə saat sonra çox sayda mal-qara yerə yıxılaraq can verib. Mal-qara sahibi sağ qalan heyvanları kəsmək məcburiyyətində qalıb (report). İ.Qaxacov mal-qaranı bankdan götürdüyü kredit hesabına aldığını bildirib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND