Smartfonların satışı dalbadal - 3 İL AZALACAQ

02.06.2019 15:45
225
Smartfonların satışı dalbadal - 3 İL AZALACAQ


2019-cu ildə qlobal smartfon bazarının həcmi 1,9% azalacaq. Bu haqda "International Data Corporation" (IDC) tədqiqat şirkətindən bildirilib.

 

Elektron Xəbər Xidməti "dailycomm.ru" yazır ki, ekspertlərin proqnozuna görə, 2019-cu ilin birinci yarısında smartfonların tədarük həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalacaq ancaq ikinci yarımillikdə beşinci nəsil şəbəkəsinin işə salınması, ucuz telefonların sayının artması və Hindistan kimi bəzi əsas bazarların davamlı inkişafı nəticəsində tədarük həcmi 1,4% yüksələ bilər.

 

İnkişaf etməkdə olan ölkələrdə smartfonlara tələbatın yüksəlməsinə baxmayaraq bəzi bazarlarda dinamika azalır, çünki düyməli telefonlardan smartfonlara keçid zəifləməyə başlayıb (FED.az). Qiymət məsələsi yeni qurğuları satın alan insanlar üçün həlledici amil olaraq qalır. Belə tendensiya orta səviyyəli məhsul istehsalçıları üçün yeni imkanlar yaradır. ABŞ və Çin arasında gedən ticarət müharibəsi smartfon bazarına böyük təsir göstərir.


Ekspress.az